Vesh Tərəfdaş Proqramı

Kontent yarat, auditoriyanı Vesh ilə tanış et və qazanc əldə et

Vesh haqqında Instagram Reels və ya TikTok videosu hazırla. Təsdiqlənmiş videoya görə başlanğıc bonusu, baxış sayına və video nəticələrinə görə isə əlavə qazanc əldə et.

VeshCreator
Bakıİstanbul
Video təsdiqləndiInstagram Reels / TikTok
50,000 baxış nümunəsi150 AZN
Proses

Necə işləyir?

01

Mövzu seç

Vesh-in necə işlədiyini, səyahət zamanı qazanc imkanını və ya xaricdən məhsul gətirmə prosesini izah edən video ideyası seç.

02

Videonu hazırla

Instagram Reels və ya TikTok üçün qısa, aydın və yaradıcı video hazırla.

03

Videonu göndər

Videonu paylaşmazdan əvvəl komandamıza təqdim et və təsdiq al.

04

Paylaş və qazan

Təsdiqlənmiş videonu paylaş, baxış və nəticələr artdıqca əlavə qazanc əldə et.

Ödəniş

Nə qədər qazana bilərsən?

Təsdiqlənmiş videoya görə başlanğıc bonusu əldə edirsən. Video 30 gün ərzində daha çox baxış topladıqca qazancın artır.

Vacib: 30 AZN təsdiq bonusu baxış bonusundan ayrıdır. Baxış bonusu çatılan ən yüksək mərhələnin ümumi bonus məbləğidir, mərhələlər tam şəkildə üst-üstə toplanmır.
Məsələn, təsdiqlənmiş video 50,000 baxış topladıqda:30 AZN başlanğıc bonusu + 120 AZN baxış bonusu = 150 AZN
Video təsdiqi və baxış mərhələləri üzrə ödənişlər
NəticəÖdəniş
Təsdiqlənmiş video30 AZN
5,000 baxış20 AZN baxış bonusu
10,000 baxış40 AZN baxış bonusu
25,000 baxış75 AZN baxış bonusu
50,000 baxış120 AZN baxış bonusu
100,000 baxış200 AZN baxış bonusu
200,000 baxış350 AZN baxış bonusu
500,000 baxış800 AZN baxış bonusu

5,000 baxışda 20 AZN view bonusu hesablanır. Video sonra 10,000 baxışa çatarsa, əlavə 20 AZN ödənilir və ümumi view bonusu 40 AZN olur.

Video ideyaları

Hansı mövzularda video hazırlaya bilərsən?

Xaricdən məhsul necə gətirmək olar?

İstədiyin məhsulu xaricdən gələn səyyah vasitəsilə necə sifariş edə biləcəyini göstər.

Səyahət edərkən necə qazanmaq olar?

Səfərin zamanı başqa istifadəçinin məhsulunu gətirərək əlavə gəlir əldə etmə prosesini izah et.

Vesh necə işləyir?

Məhsul sifarişi yaratmaqdan səyyah tapmağa qədər bütün prosesi qısa şəkildə göstər.

Real istifadə ssenarisi

Məsələn, Bakıdan İstanbula gedən səyyahın məhsul gətirməsi ilə bağlı gündəlik həyat ssenarisi hazırla.

Qiymət müqayisəsi

Ənənəvi çatdırılma üsulu ilə Vesh vasitəsilə məhsul gətirmə prosesini müqayisə et.

Tələbə və səyyahlar üçün imkan

Xaricdə yaşayan tələbələrin və tez-tez səyahət edən şəxslərin Vesh-dən necə faydalana biləcəyini göstər.

Şərtlər

Əsas qaydalar

Video təsdiqi
  1. Video paylaşılmadan əvvəl Vesh komandası tərəfindən təsdiqlənməlidir.
  2. Video Instagram Reels və ya TikTok platformalarından birində paylaşılmalıdır.
  3. Baxış sayı yalnız təqdim edilən bir video linki üzrə hesablanır.
  4. Fərqli platformalardakı baxışlar birləşdirilmir.
Baxış hesablanması
  1. Baxışlar paylaşım tarixindən etibarən 30 təqvim günü ərzində hesablanır.
  2. Yalnız real və yoxlanıla bilən baxışlar qəbul edilir.
  3. Süni baxış, bot, click farm və ya ödənişli baxış artırma üsulları qadağandır.
  4. Video 30 gün ərzində çatdığı ən yüksək mərhələ üzrə view bonusu alır.
Kontent hüquqları
  1. View bonusları mərhələlər üzrə bir-birinin üzərinə tam şəkildə əlavə edilmir.
  2. 30 AZN təsdiq bonusu baxış bonusundan ayrıdır.
  3. Kontent müəllifin hesabında minimum 90 gün açıq qalmalıdır.
  4. Silinmiş, gizlədilmiş və ya yalnız məhdud auditoriyaya göstərilən video uyğun hesab edilmir.
Uyğunluq
  1. Vesh videonu öz sosial media səhifələrində müəllifi qeyd etməklə paylaşa bilər.
  2. Videonun ödənişli reklam kampaniyasında istifadəsi üçün creator-dan ayrıca razılıq alınmalıdır.
  3. Qanunsuz, təhqiredici, yanlış və ya aldadıcı məlumat ehtiva edən videolar qəbul edilmir.
  4. Vesh qaydalara uyğun olmayan və ya saxta nəticə göstərən müraciəti rədd etmək hüququna malikdir.
FAQ

Tez-tez verilən suallar

Ödənişlərə zəmanət verilir?

Bəli. Video əvvəlcədən təsdiqləndikdən və bütün proqram qaydalarına uyğun olduqdan sonra çatdığı baxış mərhələsi üzrə ödəniş edilir.

Baxışlar neçə gün ərzində hesablanır?

Baxışlar videonun paylaşılmasından sonrakı 30 təqvim günü ərzində hesablanır.

Instagram və TikTok baxışları birləşdirilir?

Xeyr. Müraciət zamanı təqdim etdiyin bir video linkinin baxışları əsas götürülür.

Bir neçə video hazırlamaq olar?

Bəli. Hər video əvvəlcədən təsdiqlənməli və ayrıca müraciət kimi qiymətləndirilməlidir.

Videonu paylaşmazdan əvvəl göndərməliyəm?

Bəli. Başlanğıc bonusu və baxış ödənişlərinin qüvvədə olması üçün video paylaşılmadan əvvəl təsdiqlənməlidir.

Ödəniş nə zaman edilir?

Başlanğıc bonusu video təsdiqlənib paylaşım linki təqdim edildikdən sonra, view bonusu isə 30 günlük hesablama müddəti tamamlandıqdan və nəticə yoxlanıldıqdan sonra ödənilir.

Reklamla artırılan baxışlar qəbul olunur?

Xeyr. Yalnız orqanik və yoxlanıla bilən baxışlar nəzərə alınır.

Müraciət

Tərəfdaş proqramına müraciət et

Məlumatlarını göndər, komandamız müraciətini nəzərdən keçirsin və səninlə əlaqə saxlasın.

Müraciətlə bağlı sualın var?Bizimlə birbaşa əlaqə saxlaya bilərsən.