Waka
2 AvqustNecə işləyir?
Alıcı
- Vesh tətbiqində "Sifarişlərim"-ə daxil olub, "Elanyerləşdir"-ə klikləyin.
- Sifariş haqda məlumatları daxil edin. (məhsul,çatdırılma yeri və.s)
- Elanı paylaşın
- Uyğun səyahətçi ilə istəyiniz haqda bütün detalları öncədən danışın.
- Məhsul bağlı çatdırılsın yoxsa açıb yoxlanılsın mı?
- Gömrük ödənişləri (olduğu təqdirdə)
- Çatdırılma zamanı yaranacaq problemlər və.s
- Ödənişi təhvil alarkən edin!
Səyahətçi
- Vesh sadəcə informasiya xidmətidir.
- Bütün danışıqlar, sifarişlər, ödənişlər tərəflər arasında aparılır və məsuliyyət daşıyırlar.
- Vesh olaraq əmin olmadığınız müddətcə heç bir halda ödəniş və ya beh göndərməməyiniz xahiş edirik!
Tez-tez verilən suallar (FAQ)
Ümumi Suallar:
Vesh nədir?
Vesh səyahətçiləri və sifarişçiləri birləşdirən qlobal çatdırılma proqramıdır. Səyahətçilər xüsusi məhsullar tələb edən sifarişçilər üçün səyahət etdikləri yerdən əşyalar gətirməklə əlavə pul qazanırlar. Xidmət müqabilində səyahətçilər kiçik bir xidmət haqqı alırlar ki, bu da səyahəti daha sərfəli edir. Sifarişçilər xarici ölkələrdən daha ucuz qiymətə və ya yerli bazarda olmayan malları əldə edirlər.
Vesh necə işləyir?
Vesh sorğuya əsaslanan sistem ilə işləyir: Səyahətçilər uçuş istiqamətlərini və detallarını paylaşırlar. Sifarişçilər lazım olan əşyaları həmin ölkələrdən tələb edirlər. Uyğunluq rast gələrsə, səyyah gələn zaman əşyanı alır və çatdırır, sifarişçi məhsulun pulunu və səyahətçi üçün xidmət haqqını ödəyir.
Vesh təhlükəsiz və güvənilirdirmi?
Bəli, Vesh həm səyahət edənlər, həm də sifariş edənlər üçün təhlükəsizliyə üstünlük verir. Hər iki tərəf üçün vəsiqə təsdiq sistemimiz var. Bundan əlavə, istifadəçi rəyləri və reytinqləri Vesh istifadəsində inam yaratmağa kömək edir.
Sifarişçilər Üçün:
Vesh-də necə sifariş verə bilərəm?
Sifariş vermək üçün sizə lazım olan məhsulu və istəyə bağlı olaraq gətirilməsini istədiyiniz yeri paylaşaraq istək yaradın. Vesh sizi həmin yerə gedən və ya oradan gələn səyahətçilərlə uyğunlaşdıracaq.
Sifarişim üçün necə ödəniş edə bilərəm?
Səyahətçi sorğunuza cavab verdikdən sonra, siz məhsulun dəyərini və xidmət haqqını razılaşdıracaqsınız. Ödəniş məhsulun təhvil vaxtı səyahətçiyə edilir.
Səyahətçi üçün nə qədər xidmət haqqı ödəməliyəm?
Xidmət haqqı sizinlə səyahətçi arasında razılaşdırılır. Səyahətçilər xidmət haqlarını əşyaya, çəkilən əziyyətə, çəki və ya ölçü kimi digər amillərə əsasən təyin edirlər.
Səyahətçilər Üçün:
Vesh-də səyahətçi kimi necə qeydiyyatdan keçə bilərəm?
Sadəcə olaraq Vesh proqramını endirin, hesab yaradın və uçuşun təyinat yeri, və vaxtı daxil olmaqla səyahət məlumatlarınızı daxil edin.
Səyahətçi kimi xidmət haqqını necə alıram?
Siz görüş zamanı tələb olunan məhsulu təhvil verərək, ödənişi (xidmət haqqı daxil olmaqla) sifarişçidən alırsınız.
Sifarişi yerinə yetirə bilməsəm nə baş verir?
Sifarişi hər hansı səbəbdən yerinə yetirə bilmirsinizsə, Vesh proqramı vasitəsilə sifarişçini ən qısa zamanda xəbərdar etməlisiniz.
Əlavə Suallar:
Vesh müştəri dəstəyi ilə necə əlaqə saxlaya bilərəm?
Əgər köməyə ehtiyacınız varsa, birbaşa proqram vasitəsilə müştəri dəstək komandamızla əlaqə saxlaya bilərsiniz.
Vesh tətbiqini yüklə,
İstədiyin məhsulu əlavə et, səyahətçilər gətirsin!



